Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
SOSİAL
21:43 04.03.2026
450
İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrin rəhbərlərinə müraciət edib.
AZXEBER.COMxəbər verir ki, Pezeşkian sosial şəbəkədə yazıb:
"Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin hərbi hücum bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı.
Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və hələ də inanırıq ki, regional sülh region ölkələri tərəfindən təmin edilməlidir".