“Pfizer” və “BioNTech” “Omikron” ştamına qarşı vaksin üzərində sınaqlara başlanıldı

SAĞLAMLIQ
17:01 25.01.2022
306
"Pfizer” və "BioNTech” şirkətləri koronavirusun "Omikron” ştamına qarşı vaksinin yenilənmiş versiyaları üzərində kliniki sınaqların başlandığını bəyan ediblər.

Tədqiqatda 18-65 yaş arası 1 420 nəfər iştirak edəcək.

Tədqiqat iştirakçıları 3 qrupa bölünəcək. Belə ki, sınaqlardan 90-180 gün əvvəl "Pfizer/BioNTech” vaksininin 2 dozası vurulmuş şəxslərə "Omikron” ştamına qarşı yenilənmiş vaksinin 1 və ya 2 dozası vurulacaq. Sınaqlardan 90-180 gün əvvəl "Pfizer/BioNTech” vaksininin 3 dozası vurulmuş şəxslərə vaksinin köhnə və ya yenilənmiş variantının 1 dozası vurulacaq. Ümumiyyətlə peyvənd olunmamış şəxslərə isə "Omikron” ştamına qarşı vaksinin 3 dozası vurulacaq.

Daha əvvəl "Pfizer” şirkəti vaksinlərinin 3 dozasının "Omikron” ştamına qarşı effektiv olacağını bəyan etmişdi. Lakin bəzi araşdırmalara görə, "BioNTech/Pfizer” vaksini yeni ştama qarşı mübarizədə 32 dəfə daha az effektiv ola bilər.
 
///Report

OXŞAR XƏBƏRLƏR