Pik saatlarda nəqliyyat vasitələrinin hərəkət sürətində azalma olur

Pik saatlarda nəqliyyat vasitələrinin hərəkət sürətində azalma olur
SOSİAL
16:29 08.03.2025
387
Əvvəlcədən məlumat verildiyi kimi, hazırda paytaxtın əksər küçə və prospektlərində yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, müşahidə kameralarının görüntülərinə, aparılan təhlillərə əsasən buna səbəb kimi pik və qeyri-pik saatlarda bayramlarla əlaqədar şəhərin mərkəzi hissəsinə nəqliyyat vasitələrinin daha çox axın etməsi, bəzi ictimai-iaşə obyektlərinin, gül mağazalarının qarşısında, dayanma və durmanın qadağan edildiyi nişanın təsir zonasında avtomobillərin park edilməsi göstərilə bilər. Yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması da bu səbəblər siyahısındadır. Qeyd edilən məlumatlar Mərkəzin əməkdaşları tərəfindən və xüsusi proqramlar əsasında aparılan təhlillərə və faktlara əsaslanır.

Pik saatlarda ötən ayın əvvəlindən bu günə nəqliyyat vasitələrinin hərəkət sürətinin azalması (km/saat)
1. Səməd Vurğun küçəsi 45-dən 37-yə;
2. Rəşid Behbudov küçəsi 14-dən 12-yə;
3. Koroğlu Rəhimov küçəsi 11-dən 8-ə;
4. Bülbül prospekti 18-dən 15-ə;
5. 28 May küçəsi 12-dən 11-ə;
6. Zərifə Əliyeva küçəsi 23-dən 20-ə;
7. Ziya Bünyadov prospekti 49-dan 24-ə;
8. Tbilisi prospekti 17-dən 11-ə;
9. Neftçilər prospekti 30-dan 16-ya;
10. Heydər Əliyev prospekti (köməkçi yol) 18-dən 11-ə;
11. Qara Qarayev prospekti 43-dən 34-ə;
12. 8 noyabr prospekti 42-dən 26-ya
13. Babək prospekti 50-dən 40-a;
14. Yusif Səfərov küçəsi 46-dan 30-a;
15. Xətai prospekti 27 -dən 20-yə

Bir daha bildirmək istəyirik ki, yollarda bu səbəblərdən bir avtomobilin yolun hərəkət zolağında park edilməsi və ya dayanması, nəqliyyat intensivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bu da mərkəzlə yanaşı, digər yollara da təsir edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat intensivliyini artırmaq üçün hazırda 40-dan çox küçə və prospektdə svetoforlara "yaşıl dalğa” əmri verilir, kamera görüntüləri əsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunması məqsədilə yol polisi ilə birgə tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək