Pilot sükan arxasında yatdı, 10 dəqiqə sonra isə...

Pilot sükan arxasında yatdı, 10 dəqiqə sonra isə...
DÜNYA
14:04 01.06.2022
704
Sərnişin təyyarəsinin pilotu sükan arxasında yuxuya gedib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə İtaliyanın "İTA Airways” sərnişin təyyarəsində baş verib.

Təyyarə Fransanın Aralıq dənizi sahilində yerləşən Marsel şəhəri üzərində olarkən, Fransanın hava məkanına nəzarət edən zabitlər təyyarənin pilotlarının bir müddət onlara cavab verməməsindən şübhələniblər. 
38.000 fut (təxminən 11 kilometr) yüksəklikdə olan təyyarə Marsel hava nəzarətindən gələn bütün zəngləri cavabsız qoyub.

Bunun səbəbini müəyyən etmək qərarına gələn nəzarətçilər Fransa Hərbi Hava Qüvvələri və İtaliyanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb və vəziyyəti izah ediblər. 

Daha sonra mümkün qaçırma və ya terror aktından narahat olan hərbi qüvvələr 2 döyüş təyyarəsini havaya qaldıraraq təyyarənin vəziyyətini yoxlamağa qərar veriblər.

10 dəqiqəlik sükutdan sonra Fransa döyüş təyyarələri havaya qalxmağa hazırlaşarkən pilotlarla əlaqə saxlanması nəticəsində terror xəbərdarlığına son qoyulub.

İtaliyan mediasının iddiasına görə, pilotların təyyarə ilə təmas etmədən 10 dəqiqə ərzində yuxuya getdiyi bildirilib. Məlumata görə, ikinci pilot qaydalara uyğun olaraq "nəzarət altında istirahəti”ni həyata keçirirdi və onun yatması təəccüblü deyildi. Lakin kapitan pilot bu müddət ərzində oyaq olmalı idi.
 
Aydın
OXŞAR XƏBƏRLƏR