Pirotexniki vasitələr satan daha 9 nəfər tutuldu

Pirotexniki vasitələr satan daha 9 nəfər tutuldu
SOSİAL
12:50 31.12.2025
128
Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 9 nəfər müəyyən olunaraq saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR