Pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər SAXLANILDI

Pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər SAXLANILDI
SOSİAL
18:47 27.12.2021
260
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Mehman Abbasov və İlqar Qədirov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR