15:44 şənbə, 24 Avqust 2019
SOSİAL

Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb - FOTO

10:13, 19.07.20193239
Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb - FOTO
Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb. 

Bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.  

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Məlumata görə, rayonun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Ətrafdakıların köməyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb, 2-si isə batıb. 

Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir. 
 
///Report

 


XƏBƏR LENTİ