Pis xəbər eşitdikdə ağzımızı əlimizlə örtmək insanların milyonlarla ildir etdiyi bir refleksdir və bunun səbəbi ilə bağlı müxtəlif nəzəriyyələr dolaşır.
AZXBER.COM xəbər verir ki, keçmiş bədən dili eksperti Co Navarro bu davranışın səbəbini açıqlayıb.
Keçmiş FTB agenti və bədən dili eksperti Joe Navarro pis xəbər eşitdiyimiz zaman ağzımızı bağlamaq refleksinə sahib olmağımızın səbəblərindən danışarkən bildirib ki, bunun səbəbi çox qədim dövrlə əlaqəlidir.
İnsanların yüz minlərlə il əvvəl yırtıcıların əhatəsində olduqları zaman inkişaf etdirdikləri instinktiv davranışların bu gün də öz əksini tapdığını bildirən Navarro insanların bunu həyəcandan etdiyini bildirib.
Tanınmış mütəxəssis qeyd edib ki, qorxduğumuz zaman donub boynumuzu əlimizlə qorumağımız da qədim qoruma instinktinin nəticəsidir.
Ekspert "Təhlükə gördükdə donub qalırıq. Niyə belədir? Çünki daha öncədən insanlar yırtıcıların əhatəsində olarkən ya onlardan qaçmağı bacarıblar, ya da əllərini ağızlarına apararaq donub onları izləyiblər”, - deyə bu hərəkətin əsas qaynağını açıqlayıb.
Bədən dilində bir çox davranışla bağlı çoxlu yanlış məlumatların olduğunu qeyd edən Navarro qol bağlamağın müdafiə refleksi olmadığını, qucaqlaşmağın isə təsəlliverici bir davranış olduğunu qeyd edib.
Ayşən