Azərbaycanlı müğənni Günel Ələkbərova ona cadu edildiyini bildirib.
“Mən falçı yanına getdim. O, mənə dedi ki, mənim şəklimini aparıblar və ondan 5 gün içində ölməyimi istəyiblər. Əvvəlcə bütün bunlara inanmadım. Amma sonradan inanmalı oldum. Doğrusu, özümdə dəyişikliklər hiss etməyə başladım, yemək yeyə bilmədim, heç kimlə danışmaq istəmirdim, özümə qapanmışdım, bütün günü yatırdım. Şəxsi həyatımda baş verənlər də cadu edildiyini təsdiqləyir “Vətəninfo.az”ın Day.az-a istinadən verdiyi məlumata görə, müğənni bunu televiziya kanallarından birində bildirib.
Günel Ələkbərova xatırladıb ki, üç dəfə nişanlanıb və hər dəfə toya bir neçə gün qalmış nəsə pis hadisə baş verib. Baxmayaraq ki, əvvəlcə hər şey qaydasında olub.