Pişiyə işgəncə verən şəxs məsuliyyətə cəlb edildi

Pişiyə işgəncə verən şəxs məsuliyyətə cəlb edildi
SOSİAL
17:52 06.10.2022
191
Pişiklə rəhimsiz davranan şəxslə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev AZXEBER.COM-a bildirib ki, görüntülərdə əks olunan şəxs Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.  

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə görə heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
OXŞAR XƏBƏRLƏR