Piter Teys: AZƏRTAC-ın beynəlxalq media məkanında artan rolunun şahidiyik

Piter Teys: AZƏRTAC-ın beynəlxalq media məkanında artan rolunun şahidiyik
MEDIA
16:30 29.11.2017
1079
AZƏRTAC Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi və ölkənin bütün sahələri haqqında məlumatların dünyaya çatdırılmasında böyük işlər görür. Agentliyin beynəlxalq media məkanında artan rolunun, ölkədən xaricdə fəaliyyətinin genişlənməsinin biz də şahidiyik.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri amerikalı jurnalist, politoloq Piter Teys AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşdə deyib. Jurnalist Azərbaycanda olduğu iki ay ərzində ölkənin qədim tarixi, mədəniyyəti, bir sıra regionları ilə yaxından tanışlıq imkanı qazandığını söyləyib.

Baş direktor qeyd edib ki, Azərbaycan haqqında məlumatların dünyada yayılması istiqamətində mütəmadi iş aparan AZƏRTAC tərəfdaşları ilə xəbər mübadiləsi həyata keçirir, qlobal informasiya resurslarının imkanlarından istifadə edir. Agentliyin hazırda Dünya Xəbər Agentlikləri Konqresi (NAWC) və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi, bunun dünyanın 100-dən çox agentliyi ilə əlaqələr yaradılmasına yol açdığı diqqətə çatdırılıb. Piter Teysin AZƏRTAC ilə uzun müddətdir əməkdaşlıq etdiyini deyən baş direktor onun yazılarını Azərbaycan haqqında obyektiv məlumatların daha geniş auditoriyaya çatdırılması işinə böyük töhfə kimi dəyərləndirib.

Piter Teys Azərbaycanı yaxından öyrənmək üçün ona yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, Naxçıvana səfər etdiyini, orada infrastrukturun inkişafına şahidi olduğunu, Tərtərdə dövlətin məcburi köçkünlər üçün yüksək şərait yaratdığını deyib. "Səfərimi başa vurduqdan sonra ölkənizin inkişafı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş torpaqları haqqında məqalələr dərc edəcəyəm. Azərbaycana səfərimin əsas məqsədi də bu münaqişəni daha ətraflı araşdırmaqdır”, - deyə Piter Teys bildirib. Amerikalı politoloq tezliklə "Azərbaycanın xarici siyasəti. Dünyada sülh və əmin-amanlığa töhfə” adlı kitabının çapdan çıxacağını, orada Azərbaycanın beynəlxalq aləmdə yeri, ölkənin, medianın və həmçinin AZƏRTAC-ın sülh və sabitliyə töhfələri haqqında geniş məlumatların əks olunacağını deyib. O, AZƏRTAC ilə birgə gələcəkdə Dağlıq Qarabağ münaqişəsi və digər sahələr üzrə videoların hazırlanıb ingilis və ispan dillərində yaymağın mümkünlüyünü söyləyib.

Görüşdə amerikalı jurnalistin və AZƏRTAC-ın birgə layihələr həyata keçirməsi, müasir medianın aktual problemləri, Azərbaycanın keçdiyi inkişaf yolu ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər