Piyada keçidində insident - Avtomobilin üzərinə tullandı - VİDEO

Piyada keçidində insident - Avtomobilin üzərinə tullandı - VİDEO
SOSİAL
20:17 25.01.2026
2175
Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə tanınmış bloqer Saleh Nəsirov məlumat paylaşıb.

Bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində "Əhmədli" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Məlumata görə, piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçməkdə olan piyadaya qışqıraraq ondan daha sürətli hərəkət etməsini tələb edib və təzyiq göstərib. Sürücünün bu hərəkətinə qeyri-adi reaksiya verən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb.

Hadisəni lentə alan və 102 qaynar xəttinə məlumat verən sürücü bildirib ki, piyada oradan dərhal uzaqlaşıb:

"İrəliyə keçib avtomobili saxladım və DİN-ə məlumat verdim, lakin qarşı tərəf ərazini tərk etdi".

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR