Piyada keçidindəki eskalator illərdir işləmir - ŞİKAYƏT - VİDEO

Piyada keçidindəki eskalator illərdir işləmir - ŞİKAYƏT - VİDEO
SOSİAL
23:29 23.05.2026
961
Sürətli yolda inşa edilmiş piyada keçidinin eskalatoru illərdir işləmir.

 AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu Ziya Bünyadov prospektindəndir. Eskalator işləmədiyi üçün bəzi sakinlər hərəkətin intensiv olduğu yolu piyada keçməli olurlar:

 Eskalatorun işləməməsinə görə həmin yerdə bədbəxt hadisələr də baş verib. Vəziyyət ilə bağlı aidiyyəti qurumlardan bildirilib ki, xarab olmuş eskalatorun ehtyyat hissəsi yoxdur. 

Avtomobil yolları dövlət agentliyindən bildirildi ki, yaranmış problem eskalatorun xarab olmuş ehtiyat hissəsinin tam yenilənməsi ilə həll oluna bilər. Bu isə dövlət proqramına əsasən öz həllini tapaacaq.

 Bakı şəhər Lifttəmir İstehsalat Birliyindən qeyd edildi ki avadanlıqların istehsalı və çatdırılmasına görə bir neçə ay vaxt tələb olunacaq. Bu səbəbdən də quraşdırma işlərinə bu ilin payızında mərhələli şəkildə başlanması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR