Piyadanı maşınla vuran Hollivud ulduzu saxlanıldı

MAQAZİN
07:23 20.09.2012
1590
Məşhur Hollivud aktrisası Lindsey Lohan avtomobilini saxlayarakən ehtiyyatsızlıq edərək piyadanı vurub. “TMZ” saytının yaydığı məlumata görə, təxminən 30 yaşlarında olan şəxsin ciddi xəsarəti olmasa da, hər ehtimala qarşı həkim nəzarəti üçün xəstəxanaya aparılıb. Lohan isə həmin axşam polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Burda polisə ifadə verən aktrisa daha sonra azadlığa buraxılıb.
Qeyd edək ki, bu Lindsey Lohanın törətdiyi ilk avtomobil qəzası deyil. Xatırladaq ki, bu ilin iyun ayında aktrisanın yük maşınına çırpdığı bahalı avtomobil istifadəyə yararsız hala düşmüşdü.

OXŞAR XƏBƏRLƏR