Türkiyənin əsas müxalifət partiyası CHP-nin üzvü olan deputat PKK üzvləri tərəfindən girov götürülüb.
Deputat Hüseyin Aygün cənub-şərqdə yerləşən Tunceli vilayətinin Ovacık qəsəbəsinə etdiyi səfərdən qayıdan zaman ələ keçirilib.
Millət vəkilinin yanında olan bir jurnalist və köməkçisi yaraqlılarla danışığa gedərək, onların millət vəkilini buraxmasına çalışsa da, qarşı tərəf bundan imtina edib və deputatı bir neçə gün saxlayacaqlarını bildiriblər.
Hüseyin Aygün Ovacıka olan səfərini əvvəlcədən “Facebook” səhifəsində açıqlayıb. Kəşfiyyat orqanları bunun deputatın girov götürülməsinə səbəb olan faktorlardan ola biləcəyini bildirir.