Türkiyədə, Muş-Kulp yolu üzərindəki iki körpü PKK terror təşkilatının üzvləri tərəfindən partladılıb.APA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə hüquq-mühafizə orqanları hadisə ilə bağlı xüsusi əməliyyata başlayıb.İlkin məlumata görə, terrorçular ərazidən uzaqlaşmağa nail olublar.Polis hazırda insanların partlayış baş verən əraziyə yaxınlaşmasının qarşısını alır, sürücülərə başqa yolla getmələri tövsiyə olunur.