Planşet və velosiped oğurlayan şəxslər saxlanıldı

Planşet və velosiped oğurlayan şəxslər saxlanıldı
KRİMİNAL
16:11 21.11.2025
192
Paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd planşet oğurlanıb. Bu barədə zərərçəkən polis orqanına müraciət edib.

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 20 yaşlı N.Nağıyeva müəyyən olunaraq saxlanılıb.

Abşeron rayonunda isə velosiped oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR