Plastik əməliyyatdan sonra Rəqsanə (FOTO)

Plastik əməliyyatdan sonra Rəqsanə (FOTO)
ŞOU-BİZNES
17:09 28.12.2011
4587
Müğənni yeni görkəmindən razıdır.Milli.Az xəbər portalının fotokamerasına Yeni ilə həsr olunan bayram konsertlərinin birində - səhnə arxasında yaxalanan qalmaqallar “kraliçası” Rəqsanə İsmayılova onu çəkmək istəyimizi məmnunluqla qarşıladı. “Yaxşı ki, bu fotoları çəkirsiniz, yoxsa tanıyıb-tanımamağımdan asılı olmayaraq, insanlar plastik əməliyyatdan sonra bir-birindən inandırıcı şaiyələr yayıb, əhvalımın pis olduğundan danışırlar. Əsas odur ki, burun əməliyyatım uğurla keçdi. Narkoz aldığım üçün həkim belə məsləhət bildi ki, üzümdə də xırda kosmetik əməliyyat aparılsın. Əsas odur ki, səs tellərim yenə də ziyansız ötüşdü və mən qısa zamanda sağaldım. Allaha min şükür, əməliyyatdan sonra yarana biləcək qorxulu fəsadlar olmadı”, - Rəqsanə dedi.Müğənni söhbət əsnasında onu da bildirdi ki, plastik cərrah masasına uzandığı zaman, həkim sinə nahiyəsində də dəyişikliklər edib. Belə ki, o, sinəsini bir neçə ölçü böyüdüb. Özünə ar bildiyi üçün İsmayılova daha səmimi pozalar verməkdən imtina etdi.
OXŞAR XƏBƏRLƏR