"Playboy" sahibinin villasında naməlum virus dolaşır?

MARAQLI
14:49 14.02.2011
2320

"Playboy" iqamətgahında olanlar naməlum xəstəliyə yoluxub. Los Anceles polisi adıçəkilən jurnalın sahibi olan Hyu Hefnerin malikanəsi "Playboy Mansion"da keçirilən şənlikdə qonaqların naməlum xəstəliyə yoluxması ilə bağlı araşdırmaya başlayıb. Məlumata görə, adıçəkilən iqamətgahda şənlik fevralın 3-də olub. Şənlik ənənəvi "DOMAINfest Global" konfrans çərçivəsində keçirilib. Konfransa 30-dan artıq ölkənin İT mütəxəssisləri toplaşıb. Konfrans Kaliforniyadakı otellərdən birində keçirilsə də, tədbir "Playboy Mansion"da olub. 

Bundan bir gün sonra isə qonaqların çoxu qızdırma, tənəffüs almaqda çətinlik, baş ağrısı və başqa simptomlarla xəstəxanaya düşüb. Hefnerin nümayəndəsi konfrans iştirakçılarının "Playboy Mansion"u ziyarət edəndən sonra xəstəliyə yoluxmalarına dair heç bir dəlil olmadığını bildirib. 

Qeyd edək ki, adıçəkilən malikanədə müntəzəm olaraq tədbirlər keçirilir. Tədbirlər iştirakçılarının sayı 1000 nəfərə kimi olur. Belə bir halın əvəllər yaşanıb-yaşanmadığı bilinmir. // Ans Press

 

OXŞAR XƏBƏRLƏR