“Pokrov Məhərrəm” Azərbaycana deport edildi

“Pokrov Məhərrəm” Azərbaycana deport edildi
SOSİAL
12:34 25.11.2019
3921

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə "Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, O, Moskvanın "Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb

Qeyd edək ki,  Məhərrəm Quliyev ötən ayın sonlarında paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. O, Rusiyada qeyri-qanuni yaşayırmış. Məhkəmə avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib.

Xatırladaq ki, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında "nəzarətçi” olub və "qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.

OXŞAR XƏBƏRLƏR