Pol Poqba 4 il futboldan uzaqlaşdırıldı

İDMAN
19:46 29.02.2024
193
İtaliyanın "Yuventus” klubunda çıxış edən Pol Poqba 4 il futboldan uzaqlaşdırılıb.

Avqustun 20-də "Udineze" ilə oyundan sonra 30 yaşlı futbolçunun dopinq testi müsbət çıxıb.

Daha sonra oktyabr ayında edilən ikinci sınaqda nümunənin müsbət olduğu təsdiqlənib. Ulduz futbolçuya qarşı istintaq başa çatıb və cəzası açıqlanıb.
Qərara əsasən fransız futbolçu İtaliya Antidopinq Komitəsi tərəfindən 4 il müddətinə futboldan kənarlaşdırılıb.
 

OXŞAR XƏBƏRLƏR