Türkiyənin ən reytinqli serialı “Kurtlar Vadisi Pusu”nun 218-ci seriyasında Türkiyədə son günlər baş verən hadisələrdən də bəhs edilib.
AZXEBER.COM-un məlumatına görə, serialda “Hoca” ləqəbi ilə tanınan Xarici İşlər Naziri “İxtiyarlar”ın “ağ saçlısı” hesab edilən Polad Alemdarla görüşü zamanı son günlər ölkədə baş verən hadisələrlə bağlı sətiraltı atmacalar atıb. Belə ki, “Hoca” Türkiyədə nazirlərə qarşı əməliyyatların keçirildiyini və bunun daxildə olan qüvvələr tərəfindən edildiyini bildirib. O, Türkiyənin daxilində baş verən hadisələrin səbəbkarının ölkəni klonladığını söyləyib. Bunun səbəbkarı olan şəxsin adının isə “Möhtərəm” bəy olduğunu qeyd edib.
Serialda eyni zamanda nurçulara tabe olan prokurorun dövlətin bir sıra məsul şəxslərini sorğuya çəkdiyini və onların bəzilərini həbsə yolladığı da görünür. Burada da Türkiyədə bir neçə ay bundan öncə gerçəkləşdirilən məlum rüşvət əməliyyatlarından bəhs edilir.
Xatırladaq ki, Türkiyədə son günlər nurçu camaatının rəhbəri Fətullah Gülənlə Türkiyənin hakim partiyası və onun rəhbərliyi arasında açıq savaş başlayıb. Artıq Türkiyə prezidenti Abdullah Gül Fətullah Gülənə məxsus məktəblərin bağlanması qərarını verib.
Videoya 08:48-dən 10:18-ə kimi baxa bilərsiniz..
KVP 218 part 7 HDby asliatv