“Kurtlar Vadisi Pusu” serialının xarizmatik siması Polad Alemdar obrazını canlandıran Necati Şaşmazın yeni imici görənləri təəccübləndirir. Bir həftədir Muğla vilayətinin Bodrum rayonunda istirahət edən və jurnalistlərdən qaçan Şaşmaz nəhayət paparassilərin obyektivinə yaxalanıb. Filmlərdə kostyum geyinən və yeri gəldiyində bir qaş hərəkəti ilə adamlarına göstərişlər verən Polad Alemdar top saqqalı, günəş şlyapası və cins şalvarı ilə pərəstişkarlarını təəccübləndirib.