"Polad toyunu təxirə salıb, Türkiyəyə kursa getmişdi" - Generalın anası

SOSİAL
15:53 14.08.2020
1639
ARB Televiziyası general Polad Həşimovun həyatına həsr edilmiş sənədli film çəkib.
 
AZXEBER.COM xəbər verir ki, "Cənab General" adlanan filmdə şəhid generalımızın ailə üzvləri, dostları, məktəb yoldaşları və hərbçi yoldaşları onun haqda xatirələrini bölüşüblər.
 
Polad Həşimovun övladları deyib ki, ataları onlara sadə olmağı, yalnız dərslərini oxumağı məsləhət gördüyünü deyirmiş.
 
Anası isə toyları haqda deyib: "O toyunu təxirə salıb, Türkiyəyə 2 aylıq kursa getdi. Dedi ki, kursa gedirəm. 2003-cü ilin sentyabrında qayıtdı və toyları oldu".
 
Həmin filmi təqdim edirik:

Qeyd edək ki, filmin müəllifi Yeganə Həsənovadır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet