Polat Alemdarın qəzaya düşdüyü gecə - FOTOLAR

MAQAZİN
14:55 13.11.2014
5254
"Kurtlar Vadisi Pusu" teleserialının çəkilişi zamanı Necati Şaşmazın (Polad Alemdarın) yaralanmasına səbəb olan qəza səhnələri bu gün yayımlanacaq.AZXEBER.COM-un məlumatına görə, 10 gün əvvəl serialın çəkiliş pavilyonunda aktyor N.Şaşmaz idarəetməni itirərək qəza etmişdi. Qəza onun filmdə idarə etdiyi 450 min avroluq "Aston Martin" maşını idarə edə bilməməsi səbəbindən baş vermişdi.Hadisədən dərhal sonra xəstəxanaya aparılan aktyorun çənəsinin iki yerdən qırıldığı məlum olub.Ciddi bir əməliyyat keçirən Şaşmaz indi evində dincəlir. Onun 6 həftə çəkilişlərdən uzaq qalacağı gözlənilir.Adıçəkilən serialın bu günki buraxılışında qəza günü olan çəkilişlər yayımlanacaq.Növbəti seriyalarda isə P.Alemdar xaricə getmiş kimi təqdim ediləcək.
OXŞAR XƏBƏRLƏR