Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olunub

Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olunub
SOSİAL
11:26 24.10.2025
125
Polis Akademiyasında kursantların nəzəri biliklərini möhkəmləndirmək və praktiki vərdişlərini inkişaf etdirmək məqsədilə təcrübəli mütəxəssislər tərəfindən interaktiv dərslər təşkil olunur.
 
AZXEBER.COM xəbər verir ki, dərslərin əsas məqsədi kursantlarda elmi yaradıcılıq vərdişlərini inkişaf etdirmək və nəzəri biliklərin praktik tətbiqinin önəmini göstərməkdir.

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev "Cinayət məsuliyyətindən azad etmə”, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Midhəd Qəfərov "Cinayət işlərinə məhkəmədə ilkin baxılması”, ehtiyatda olan III dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov "Cinayətin subyekti”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfadar Piriyev "Mülki-hüquqi əqdlər və əqdlərdə təmsilçilik”, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, Xəzər Universitetinin müəllimi, t.ü.f.d., dosent Laçın Mustafayev "Azərbaycan XIII-XV əsrlərdə” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər, həmçinin Azərbaycan Dillər Universitetinin filologiya üzrə elmlər doktoru, professor Kəmalə Cəfərova kursantlara ingilis dilində nümunəvi dərs keçib. 

Təcrübəli mütəxəssislər tərəfindən keçirilən dərslər zamanı kursantlar cinayət məsuliyyətindən azad etmə halları, onların hüquqi əsasları, məhkəmələrə daxil olmuş cinayət işləri üzrə hakimlərin ilkin hərəkətləri, cinayətin törədilməsində iştirak edən şəxslər, onların hüquqi statusları və məsuliyyətləri, mülki-hüquqi əqdlərin əlamətləri, etibarsız əqdlər və onların hüquqi nəticələri üzrə biliklərini artırıblar, ingilis dilində oğurlanmış əşyaların təsvirinin əhəmiyyətini, həmin əşyaların məhkəmədə dəlil kimi necə təqdim edildiyini və müvafiq hüquqi prosedurları öyrəniblər.

Təcrübəli mütəxəssislər dərs zamanı kursantların suallarını cavablandırıblar və müvafiq mövzular ətrafında səmərəli müzakirələr aparılıb. 

Müzakirələrdə iştirak edən kursantlar konkret hüquqi məsələlərlə bağlı praktiki yanaşmalar əldə edərək nəzəri biliklərini daha da möhkəmləndiriblər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
20:17 27.10.2026
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
20:15 27.10.2026
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq