Polis azarkeşi tribunadan QOVDU: “Səs-küy salırsan” - FOTO

Polis azarkeşi tribunadan QOVDU: “Səs-küy salırsan” - FOTO
İDMAN
22:36 26.04.2022
929
I Divizionun XXIV turunda MOİK - "Sumqayıt-2" ilə qarşılaşıb.

AZXEBER.COM xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçın sonlarına yaxın tribunada insident yaşanıb.

Polislər MOİK azarkeşini tribunadan uzaqlaşdırıb. Buna onun "səs-küy salması" səbəb göstərilib. Azarkeş öncə tribunanı tərk etmək istəməsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu buna məcbur edib.

Qeyd edək ki, MOİK - "Sumqayıt-2" oyunu 2:0 hesabı ilə bitib.
 

 

 



OXŞAR XƏBƏRLƏR