Cinayət törədən şəxslər küçədə insident yaradan zaman ifşa olunublar.
Kürdəmir rayonu Şilyan kəndinin ərazisində baş verən insident silsilə törədən şəxslərin ifşa olunması ilə nəticələnib.
Kənd ərazisində 3 nəfər ictimai qaydanı kobud şəkildə pozublar. Polis ictimai qaydanı pozan Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədovanı ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir rayon polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı K.Məmmədova yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf edib. K.Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar rayon polis şöbəsinə təhvil verilib. Ucar RPŞ-də K.Məmmədovanın tanışı R.Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi və təqaüd kartını oğurlamaları, yanvar ayının 17-də K.Məmmədovanın cinayəti gizlətmək üçün S.Abdullayevanı boğaraq qətlə yetirməsi də müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fətəliyev tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. (anspress)