Polis Bakıda itkin düşmüş qadınlara görə əməliyyat keçirdi

Polis Bakıda itkin düşmüş qadınlara görə əməliyyat keçirdi
SOSİAL
11:17 08.01.2020
2874
Bakıda itkin düşmüş qadınlar tapılıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə yanvarın 6-da paytaxtın Səbail rayon ərazisində qeydə alınıb.

Belə ki, S.Hüseynova və R.Cavadova yaşadıqları ünvandan xəbərsiz çıxıblar və bir daha geri qayıtmayıblar.

Daha sonra qadınların yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs tapılaraq ailələrinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR