AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, bu hadisə Binəqədi rayonu 40-cı Polis Bölməsində baş verib.R.Allahverdiyev küçəsində yaşayan Rafiq Əliyev “102 xidməti”nə zəng edərək, kirayədə yaşayan qonşusunun onu ölümlə hədələdiyi bildirib.Şikayət əsasında qonşu bölməyə dəvət edilib. 24 yaşlı Rəşad Zeynalov sərxoş vəziyyətdə polis bölməsinə gəlib. Orada bölmənin giriş qapısını və pəncərənin şüşəsini sındırıb.Daha sonra isə R.Zeynalov növbətçi polis mayoru İlqar Həsənovla mübahisə edib, ona müqavimət göstərib.Gecə saatlarında polis bölməsinə dəvət edilən R.Zeynalovun ifadəsi alındıqdan sonra o, sərbəst buraxıb.