Polis bu rayonda təcili əməlliyyat keçirdi - saxlanılanlar var - FOTOLAR

Polis bu rayonda təcili əməlliyyat keçirdi - saxlanılanlar var - FOTOLAR
KRİMİNAL
11:20 17.01.2022
1253
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və silah sursat aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rizvan Əkbərov narkotik vasitə heroini satarkən saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı həyətdəki qarajda saxlanılan "VAZ 2106" markalı avtomobilin mühərrik hissəsində gizlətdiyi ayrı-ayrı bükümlərdə ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, 2 kiloqrama yaxın qurudulmuş marixuana və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin qohumuna məxsus yaşayış evində silah-sursat gizlətdiyi də müəyyən edilib. Keçirilən baxış zamanı həmin evdən 2 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silahlara məxsus 3 ədəd sandıça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış 1 ədəd karabin odlu silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı R.Əkbərovun həmin narkotik vasitə və silahları xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Orxan Ağazadə və Riyad Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Liman şəhər sakini Şahin Bağırovdan əldə etdikləri müəyyən edilib. Keçirilən baxış zamanı Ş.Bağırovun üzərindən və idarə etdiyi "Mercedes" markalı avtomobilin yük yerindən 2 kiloqram 174 qram heroin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xairici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əşrəf Səfərov və İqbal Abbasov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
20:02 26.10.2026
Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
“Sabunçu Emin” və Elmar haqda da qərar verildi
20:00 26.10.2026
“Sabunçu Emin” və Elmar haqda da qərar verildi
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
19:47 26.10.2026
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
19:31 26.10.2026
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
19:10 26.10.2026
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
18:57 26.10.2026
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
18:40 26.10.2026
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
18:28 26.10.2026
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
18:27 26.10.2026
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
18:12 26.10.2026
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
Keçmiş icra başçısı vəfat etdi
17:49 26.10.2026
Keçmiş icra başçısı vəfat etdi
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
17:35 26.10.2026
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:32 26.10.2026
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
Çingiz Aytmatovun bacısı vəfat etdi
17:23 26.10.2026
Çingiz Aytmatovun bacısı vəfat etdi
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
17:15 26.10.2026
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama
17:14 26.10.2026
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama