Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
SOSİAL
14:08 04.04.2017
1275
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. 
 
Bakı şəhər Badamdar qəsəbə sakini Bəylərova Süsən Xanoğlan qızının «azxeber.com» saytı ilə bağlı müraciətinə baxılıb.
 
Komissiya üzvləri cavabdeh sayta material təqdim edərkən diqqətli olmağı, qarşı tərəfin mövqeyinə aydınlıq gətirməyi tövsiyə ediblər. Saytın təmsliçisi yanlışlığın aradan qaldırıldığını və redaksiyaya göndərilən məktubun Süsən Bəylərovaya aid olmadığını və eyni zamanda xəbərdə sadalanan amillərin də onun adıyla bağlı olmadığını bildirib. 
 
Şura üzvləri gələcəkdə belə hadisələrə daha diqqətli yanaşmağı tövsiyə edib. 
 
Süsən Bəylərova saytımıza açıqlamasında deyib ki, yazıda qeyd olunanlar tamamilə yanlış məlumatlardır və heç bir əsası yoxdur. O həmçinin qeyd edib ki, 239 nömrəli məktəbdə heç bir neqativ hal yoxdur və onun adından yazılanlar tamamilə yanlışdır. 

OXŞAR XƏBƏRLƏR