Cümə günü Berlinin mərkəzində qəribə hadisə baş verib.
AZXEBER.COM-un Newsru.com-a istinadən verdiyi xəbərə görə, tamamilə çılpaq olan kişi piyadaların gözü qarşısında fontana girib və bıçaqla özünü yaralamağa başlayıb.Şahidlər polis çağırıblar. Hadisə yerinə gələn polis vəziyyəti düzəltməyə çalışsa da, sakitləşmək istəməyən çılpaq kişi qeyri-adi hərəkətlər etməyə davam edib.Asayiş keşikçilərinə tərəf addım atan bu qeyri-adi adamın bu hərəkətini polis hücum cəhdi kimi dəyərləndirib və atəş açıb. Nəticədə aldığı güclü yaradan həmin şəxs həyatını itirib.