Polis dilənçini saxladı – Üzərindən çıxan məbləğ hər kəsi təəccübləndirdi

Polis dilənçini saxladı – Üzərindən çıxan məbləğ hər kəsi təəccübləndirdi
DÜNYA
15:08 04.04.2023
361
Türkiyədə vətəndaşların dini hisslərini istismar edən və Ramazan ayından istifadə edərək pul qazanan dilənçilərə qarşı reyd keçirilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, polislər yol kənarında dilənən şəxsi bir müddət izlədikdən sonra onun davamlı olaraq pul aldığını görərək onun yanına gediblər.

Həmin şəxsin dilənçilik fəaliyyətinə son qoyaraq polis idarəsinə aparıblar.

Üzərində aparılan axtarışdan sonra dilənçinin 2 min 110 lirəlik pulu polisləri də təəccübləndirib.

Polis pulu müsadirə edib və şəxs barəsində tədbir görülüb.

Aydın
OXŞAR XƏBƏRLƏR