Polis əməkdaşı saxta COVID-19 pasportu satır? - AÇIQLAMA

Polis əməkdaşı saxta COVID-19 pasportu satır? - AÇIQLAMA
SOSİAL
13:00 08.11.2021
629
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyev saxta COVID-19 pasportu satdığı yerdə saxlanıldığı iddia edilib. 

E.Xankişiyevin Neftçala RPŞ-nın rəisi Vüsal Şəbəndiyevin adamı olduğu və müxtəlif adamlara saxta COVID-19 pasportu satdığı qeyd edilib. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub:

"Hazırda Neftçala RPŞ-də xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir”.
OXŞAR XƏBƏRLƏR