Polis Füzulidə əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

Polis Füzulidə əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
SOSİAL
14:42 20.08.2024
160
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 

 


OXŞAR XƏBƏRLƏR