Polis maşını atəşə tutuldu

DÜNYA
10:40 04.11.2013
1014

Dağıstanda baş verən hadisə zamanı bir nəfər ağır yaralanıb

Dağıstanın Mahaçqala şəhərində polis avtomobili atəşə tutulub. Avtomobili naməlum şəxs və ya şəxslər atəşə tutublar. Hadisə zamanı yaralanan polis dərhal xəstəxanaya çatdırılıb. Yerli hüququ mühafizə orqanlarının məlumatına görə, hadisə yerli vaxtla saat 21:00-da Beybulatova küçəsində baş verib. Avtomatdan silahdan atəşə tutulan maşında olan yaralı polisin vəziyyəti ağır kimi qiymətləndirilir. (anspress)

OXŞAR XƏBƏRLƏR