Polis məmuru oğlunun gözü önündə arvadını öldürdü - Boşanmaq istəyirmiş

Polis məmuru oğlunun gözü önündə arvadını öldürdü - Boşanmaq istəyirmiş
DÜNYA
11:55 26.06.2018
8125

Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində polis məmuru İbrahim Y. boşanmaq istəyən həyat yoldaşı Elif Kaya Y.-ni oğlunun gözü önündə tabel silahı ilə güllələyib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, azyaşlı oğlunun müdaxilələrinə baxmayaraq, sinəsindən və qarnından yaralanan 3 uşaq anası Elif Kaya Y. çatdırıldığı xəstəxanda dünyasını dəyişib.

Qanlı hadisə dünən saat 19:00 radələrində qeydə alınıb. 

Saxlanılan İbrahim Y.-nin ifadəsi alınıb.

 

İstintaq davam edir.


OXŞAR XƏBƏRLƏR