Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 1100 manat dəyərində moped oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.
Abşeron rayonunda keçirilən tədbir zamanı isə iki vətəndaşın evindən elektrik naqili və tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Y.Əliyev də tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.