Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı

Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı
KRİMİNAL
12:39 17.09.2025
271
Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4000 manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyev saxlanılıblar. E.Vəliyevin üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.
 
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR