Polis rəisi: "İndiyədək Kiyev vilayətində 900-dən çox dinc sakinin meyiti tapılıb"

Polis rəisi: "İndiyədək Kiyev vilayətində 900-dən çox dinc sakinin meyiti tapılıb"
SOSİAL
18:53 15.04.2022
613
"Bu günədək Ukraynanın Kiyev vilayətinin azad edilən ərazilərində 900-dən çox dinc sakinin meyiti aşkarlanıb".

AZXEBER.COM xəbər verir ki, bunu Kiyev vilayəti Milli Polisi Baş İdarəsinin rəisi Andriy Nebitov aprelin 15-də keçirdiyi brifinqdə bildirib.

O, həmin meyitləri aşkarladıqdan sonra detallı araşdırılması üçün məhkəmə-tibbi ekspertizaya verdiklərini deyib.

A.Nebıtov vurğulayıb ki, Buça şəhərində isə Rusiya hərbçilərinin qətlə yetirdikləri 350-dən çox vətəndaşın meyiti çıxarılıb.
OXŞAR XƏBƏRLƏR