Polis rəisi işdən çıxarılıb

DÜNYA
15:03 19.12.2013
1497
Türkiyənin İstanbul şəhərinin əmniyyət müdiri (polis rəisi) işdən çıxarılıb.

Ölkənin ən böyük şəhərinin polis şefi Hüseyn Çapkın bu gün hökumətin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Qərar dekabrın 17-də rüşvət, korrupsiya, qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində İstanbul polisinin keçirdiyi əməliyyatla bağlıdır. H. Çapkın tabeliyindəki polis müdirlərinin təşkil edib, həyata keçirdiyi bu əməliyyatdan xəbərsiz olub. Əməliyyatdan sonra İstanbul polis idarəsinin 5 şöbə müdiri vəzifədən uzaqlaşdırılıb.(apa)

OXŞAR XƏBƏRLƏR