“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri

“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
SOSİAL
16:20 15.08.2025
590
"Vətəndaşlara polis rəislərinə birbaşa müraciət etmə imkanı verilməsi ictimai etimad üçün yeni bir mərhələ sayıla bilər. Polis-vətəndaş münasibətlərində yeni mərhələyə keçidi ifadə edən polis rəislərinə birbaşa müraciət "mexanizmi" təkcə ünsiyyət kanalının sadələşdirilməsi deyil, həm də ictimai ehtimadın möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarının inkişafı baxımından əhəmiyyət kəsib edir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev vətəndaşların polis rəislərinə birbaşa müraciət edə bilmələri haqda danışarkən deyib.
 
Nuriyev bildirib ki, vətəndaş vasitəçi olmadan öz problemini ünvanına çatdırdıqda ona qulaq asıldığını düşünür:
 
"Vətəndaşların polis rəislərinə birbaşa müraciət etmə imkanı verilməsi, vətəndaşın səsini birbaşa qərarverici şəxsə çatdırılması imkanını təmin edir. Eyni zamanda insan öz problemlərini vasitəçi olmadan ifadə etdikdə o, dinlənildiyini hiss edir və düşünür ki, ona artıq qulaq asırlar. Bu həm hüquq-mühafizə orqanlarına inamı artırır, həm də ictimai nəzəratin effektliyini gücləndirir”.
 
Əliməmməd Nuriyev həmçinin bildirib ki, birbaşa müraciətlər polis rəhbərliyinə hadisələr barədə birinci mənbədən məlumat əldə etmək imkanı yaradır:

"Polis rəislərinə birbaşa müraciət etmək imkanı rəhbərliyə hadisələr barədə birinci mənbədən məlumat əldə etmək imkanı yaradır. Bu, həm operativ qərar verməni sürətləndirir, həm də formal hesabatların əvəzinə real vəziyyəti daha düzgün qiymətləndirməyə şərait yaradır. Xüsusilə təhlükəsizlik, ictimai asayişin pozulması və korrupsiya halları kimi təxirəsalınmaz mövzularda çevik reaksiyanı təmin edə bilər. Yeni mexanizm vətəndaş cəmiyyətinin hüquq-mühafizə orqanları səhəsində rolunu artırır".

"QHT-lər və media müraciətlərinin məzmunu və həlli prosesinə diqqət yetirsək, bu həm də ictimai hesabatlılıq mədəniyyətinə də töhfə verə bilər” deyən ictimai şura sədri sözünə belə davam edib:

"Vətəndaşların hüququ maarifləndirilməsi bu prosesun bir hissəsi, təbii bir nəticəsidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu sistem müraciətlərin sayını kəskin artıra bilər. Ona görə də müraciətlərin prioritetləşdirilməsi və filtrasiya mexanizmlərini zəruri edəcək. Əgər bu mexanizm düzgün tətbiq olunacaqsa, inanıram ki, bu olacaqdır. Çünki bu daxili işlər nazirinin birbaşa göstərişidir və yeni idarəetmə proseslərinin hansı nəticə verilməsini nazir daim nəzarətdə saxlayır. Bu addım polis vətəndaş münasibətlərində uzaq məsafə modelindən tərəfdaşlıq modelinə keçidi təmin edəcəkdir. Daxili nəzərət sistemləri güclənəcək, etik davranış standartları yüksələcək, nəzakətli rəftar məmnuniyyətliyin təmin edilməsinə gətirib çıxardacaq. Eyni zamanda bu həm də hüquq-mühafizə orqanlarına ictimai dəstək və siyasi legitimliyini daha da artıracaq".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib