Polis “Sədərək”-də yanğın zamanı obyektdən oğurluğa cəhd edənləri saxlayıb

Polis “Sədərək”-də yanğın zamanı obyektdən oğurluğa cəhd edənləri saxlayıb
SOSİAL
21:38 08.01.2023
605

"Sədərək” Ticarət Mərkəzində yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını "öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yalan məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

 


OXŞAR XƏBƏRLƏR