Polis səhv yolu bağladı -Ərdoğan ABŞ-da tıxacda qaldı Video

SOSİAL
11:20 31.03.2016
2220
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtı Vaşinqtonda tıxacda qalıb.
Buna səbəb ABŞ polisinin Türkiyə prezidentinin keçəcəyi yolla bağlı yanlış məlumat alması olub. ABŞ yol polisləri Türkiyə prezidentinin digər yoldan keçəcəyini düşünərək səhvən Ərdoğanın keçdiyi yolu bağlayıblar. Nəticədə türk və amerikalı iş adamları ilə iclasa gedən Ərdoğan konvoyu ilə bir müddət tıxacda gözləməli olub.
Polis səhvini anladıqdan sonra yol açılıb.
Qeyd edək ki, Türkiyə prezidenti Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün Vaşinqtondadır.
///AzNews.az

OXŞAR XƏBƏRLƏR