Polis Taksimdə təhlükəsizlik tədbirlərini gücləndirdi

DÜNYA
01:33 30.06.2013
1378

Bu gün Türkiyənin bəzi vətəndaş cəmiyyəti təşkilatları və partiyalarının aksiya keçirəcəyi Taksim meydanında İstanbul polisi təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, Gezi parkı hadisələrindən sonra sabitliyin hakim olduğu Taksimdə bu gün axşam saatlarında iki aksiya keçirilməsi planlaşdırılır. Polis bununla əlaqədar artıq təhlükəsizlik tədbirlərinə başlayıb.

Polis tərəfindən əhatəyə alınan Taksim meydanına heç kim buraxılmır.

OXŞAR XƏBƏRLƏR