Polis tərəfindən döyülən tanınmış təşkilatçı nazirə müraciət etdi

Polis tərəfindən döyülən tanınmış təşkilatçı nazirə müraciət etdi
SOSİAL
16:30 14.12.2016
1211
Xəbər verdiyimiz kimi, tanınmış təşkilatçı-prodüseri Samir Xəttab polis zabiti tərəfindən döyülüb.
 
Təşkilatçı AZXEBER.COM-a bildirib ki, məsələylə bağlı daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Təşkilatçının məktubunu olduğu kimi təqdim edirik:
 
"Mən Vəliyev Samir Karam oğlu sizə yazıb xahiş etmək istəyirəm mənə kömək edəsiniz. Mən konsert təşkilatçısı kimi 10 ildən çoxdur fəaliyyət göstərirəm. Polis əməkdaşı kapitan Ferman Quliyev iş əsnasında mənə 5200 AZN pul verməli idi. Lakin Fərman hər gün bu gün ödəyəcəm deyib ödəniş etmirdi. Son dəfə 4 dekabr 2016 tarixində gorüş təyin edib məni Qələbə dairəsi yanına dəvət etdi. Söhbət əsnasında anladım ki, Fərman spritli içki içib.Fərman artıq təhqir ve kuçə soyuşləri ilə məni təhqir etməyə başladı və əl qol ataraq vurmaq istədi. Biz maşından düşdük ve mən onu qucaqlayıb donə donə əsəbləşməməsini və əsəbləşməyə soyuş söyməyə heç bir səbəb olmamasını dedim. Amma Fərman buna məhəl qoymadan məni daha pis təhqir edib üstümə hücum çəkdi. Tepik yumruq atdıqca men arxaya qaçırdım. Sonda arxa nahiyədən qandal cıxardaraq başıma qandalla bir neçe dəfə ağır zərbə endirdi. Mən də öz novbəmdə arxaya qaçırdım. Daha sonra gəldiyi maşına minib getdi. Bundan sonra hətta guya barışıq üçün gəldiyini deyib mənə kimlərəsə arxayın olduğunu dedi və şikayəti geri gotürməzsəm başıma çox şeylərin gələcəyini deyib,təhdid etdi. Mən sizdən xahiş edirəm ki, Azerbaycan polisi adına layiq olmayan, dövlətin onlara verdiyi qandalı soyuq silah kimi istifadə edib kuçə ortasında vətəndaşı döyən şəxsi cəzalandırasınız. Bir polis bunu düşünməlidir ki, kənardan bunu gorənlər var və mətbuatda mənim haqda bu yazılar çıxanda bunu məni tanıyan xarici dövlət vətəndaşları, sənətçiləri də görəcək. Şərəfli polis adına xələl gətirməyi belə özünə rəva bilir.
 
Sizə etimadım sonsuzdur ve ədalətli qərar qəbul edəcəyinizə əminəm.
OXŞAR XƏBƏRLƏR