Polis zabiti qəzada həlak oldu

SOSİAL
09:32 16.09.2024
193
Şəmkir rayonunda ağır yol qəzası baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon ərazisində minik avtomobilinin qəzaya uğraması nəticəsində avtomobilin sərnişini Elbəyi Həsənov vəfat edib.

Bildirilir ki, vəfat edən E.Həsənov polis zabitidir. O, Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR