Polisdən “patı” əməliyyatı - 6 nəfər saxlanıldı - FOTO

Polisdən “patı” əməliyyatı - 6 nəfər saxlanıldı - FOTO
KRİMİNAL
11:17 12.07.2021
3119
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb.

Onun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, sonuncunun həmçinin yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən F.Həmdəmovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Keçirilən baxış zamanı həmin evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərovun və S.Seyfullayevin hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.

Eyni gündə Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə isə Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov və Q.Rəhimov saxlanılıblar.

Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
21:32 02.03.2026
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi