Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılır.
AZXEBER.COM-un Report-a istinadən verdiyi xəbərinə görə, toplantıda komissiya üzvləri ilə yanaşı, Eldəniz Səlimovun özü də iştirak edir.